Baku und das Wembley-Tor (in aserbaidschanischer Sprache)
Das Verhältnis im Fußball zwischen Aserbaidschan und Deutschland
Produktform: Buch
Kitab 2009-cu ildə Almaniya ilə Azərbaycan arasında ümumiyyətlə ilk dəfə keçiriləcək futbol qarşılaşması munasibətilə işıq üzü görür. Daha çox hər iki ölkə arasında futbolla bağlı tarixi və xüsusi əlaqələrindən bəhs olunur. 1966-cı il Dünya Çempionatında İngiltərə ilə Almaniya arasında keçirilmiş final oyununun rus yan xətt hakiminin və sonralar AFFA-nın baş katibinin azərbaycanlı olduğunu ölkəsindən kənarda, demək olar ki, heç kim bilmir. Bu gün o, Odlar Ölkəsində qəhrəman hesab edilir. 1966-cı ildə alman komandasının qapıçısı və bəxtsizi olmuş Hans Tilkovski öz əsl idmançı dühasını nümayiş etdirərək, 43 ildən sonra "Uembli qolu"na aydınlıq gətirir. O, yan xətt hakimi və futbol veteranı Tofiq Bəhramovun heykəli önündə onun oğlu Bəhram Bəhramovla görüşür. Tarixi görüşlə yanaşı, hər iki ölkənin bugünkü futbol durumu da kitabda işıqlandırılır. Hər şeydən əvvəl isə, hamısı almanlardan ibarət olan Azərbaycan məşqçilər heyətinin fəaliyyətlərinə toxunulur. Berti Foqts, Ulli Ştayn və Bernhard Lippert hazırda futbol üzrə Azərbaycan yığma komandalarını çalışdırırlar və onları yenidən qururlar, özü də futbol idmanı naminə.weiterlesen